2 Oktyabr 2022 18:55
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada nüvə silahından istifadə münaqişənin mahiyyətini dəyişəcək.

Teleqraf.com xəbər verir ki, bunu NBC televiziya şirkətinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, nüvə silahından istifadə ilə bağlı deyilənlər təhlükəli və məsuliyyətsiz ritorikadır.

“Bu səbəbdən biz prezident Vladimir Putinə açıq şəkildə bildirdik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün ağır nəticələrə səbəb olacaq və əlbəttə ki, münaqişənin xarakterini dəyişəcək. Nüvə müharibəsində qalib ola bilməz və onu işə salmaq olmaz”.


Müəllif: Teleqraf.com