ABŞ Rusiyada hakimiyyətin dəyişilməsinin tərəfdarı deyil.
Teleqraf.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens bəyan edib.
“ABŞ sadəcə Rusiyaya apardığı siyasətə görə təzyiq göstərir”, deyə U.Stivens Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun bəyanıtını şərh edərək bildirib.
Stivens, həmçinin, ABŞ-ın dövlət katibi Con Kerrinin ötən həftədəki açıqlamasından sitat gətirib: “Ukraynanın hüquqları və müstəqilliyini dəstəkləyən ölkələr Rusiya ilə konfrontasiya axtarmır. Biz Rusiyanı etdiyi hərəkətlərə görə təcrid vəziyyətdə görmək istəmirik”.
Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasında Rusiya-ABŞ münasibətlərinə həsr olunan müzakirələrdə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov sanksiyaların ölkədə hakimiyyətin dəyişilməsinə yönəldiyini bəyan edib.