11 Oktyabr 2022 11:00
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyinin əməkdaşlarının təxliyəsi imkanlarını nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in sözçüsü Aybək Smadiyarov məlumat verib.

“Söhbət səfirliyin bağlanmasından yox, səfirlik əməkdaşlarının təxliyəsindən gedir. Bu məsələ yaxın günlərdə həll olunacaq”, - diplomat deyib.

Eyni zamanda, Smadiyarov diplomatik heyətin hansı şəhərə təxliyə ediləcəyini açıqlamayıb.

Bundan əvvəl Qazaxıstanın Kiyevdəki səfirliyi həmvətənlərinə müraciət edərək Ukrayna ərazisinə səfərdən çəkinməyə və mümkünsə bu ölkəni tərk etməyə çağırıb.

Rusiya Prezidenti Vladimir Putin dünən Federal Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclasda Ukraynanın enerji obyektlərinə, hərbi komandanlığına və kommunikasiyalarına kütləvi zərbələr endiriləcəyini elan edib. Putin həmçinin Kiyevə xəbərdarlıq edib ki, əgər Ukrayna hakimiyyəti əməliyyatı davam etdirsə və Rusiya ərazisində “terror aktları” həyata keçirsə, onda cavab sərt olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər