“Belarus ordusu müharibədə birbaşa iştirak etməmək üçün hər şeyi edir. Ukraynada cəbhədə istifadə üçün nəzərdə tutulmuş avadanlıq və döyüş sursatlarının Belarusdan çıxarılması davam edir. Bu, Belarusun işğala hazırlaşmadığını təsdiqləyir”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Belarus ordusu hazırda bu müharibədən yayınmaq üçün hər şeyi edir. Xatırladım ki, onlar anbardan təkcə texnika yox, həm də sursat çıxarmışdılar. Bunların hamısını Rusiyaya təhvil veriblər. İki ay əvvəl Lukaşenkonun səfərbərlik elan edəcəyi gözlənilirdi, amma belə bir şey olmadı. Bu, sadəcə hərbi komissarlıqlarla bildirişlə məhdudlaşdı, bundan da heç nə çıxmadı. Belarus ordusu müharibəyə hazırlaşmır, müharibəyə hazır olmamaq üçün hər şeyi edir”, - Jdanov söyləyib.
Onun sözlərinə görə, Lukaşenko 20 ildir İttifaq Dövlətinin yaradılması ilə bağlı Putinin başını qatır: “Belarus lideri hələ də bununla əlaqəli yekun sənədi imzalamır”.
Jdanov hesab edir ki, Belarus ordusu qarşıya qoyulan missiyanı yerinə yetirməkdən boyun qaçıra bilər.