12 Oktyabr 2022 12:05
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Putinlə görüşmək üçün heç bir səbəb görmürəm”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Bayden CNN-ə müsahibəsində gələn ay G20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb-görüşməyəcəyi sualına belə cavab verib:

“Hazırda Putinlə görüşmək üçün heç bir səbəb görmürəm”.

Bayden onu da bildirib ki, əgər Putinlə bir məsələni müzakirə etsə, bu, Rusiyada həbsdə olan amerikalı basketbolçu Brittni Qrinerin azadlığa buraxılması mövzusu olacaq.

“Ukrayna olmadan Rusiya ilə Ukrayna məsələsini müzakirə etmərəm”, - ABŞ prezidenti bildirib.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-dan təklif olacağı halda, Bayden-Putin görüşünü nəzərdən keçirə biləcəklərini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər