Rusiya ordusu birbaşa döyüş meydanında İranın kamikadze dronları ilə işləmək üçün təlim keçirlər. Bunun üçün İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli iranlı təlimatçılar müvəqqəti olaraq Ukraynanın ələ keçirilmiş ərazilərinə köçürülür.
Teleqraf.com xəbər verir ki, belə iddia ilə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) çıxış edib.
Qeyd olunur ki, Milli Müqavimət Mərkəzi naməlum sayda iranlı təlimatçının Krımdakı Cankoy, Jeleznı limanı və Xerson vilayətinin Qladovtsiyə çatdırılması barədə məlumat yayıb.
Onlar ruslara hücum dronlarından necə istifadə etməyi öyrətməlidirlər. Təlimatçılar “Şahed”in işə salınmasına nəzarət edirlər.
Əlavə edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu kamikadze dronlarının əsas operatorlarıdır. Bununla bağlı analitiklər belə qənaətə gəliblər ki, təlimatçılar korpusun əməkdaşları və ya onunla əlaqəli şəxslər ola bilər.