13 Oktyabr 2022 11:31
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Emmanuel Makron Fransanın ukraynalılara kəşfiyyat məlumatı verdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Makron Rusiyanın fevralın 24-də Ukraynaya qarşı müharibəyə başladığını və bütöv bir xalqı, qitəni təhlükəyə atdığını bildirib.

Makron deyib ki, Rusiya Prezidenti Vladimir Putinin bu müharibəyə son qoymalı və danışıqlar masasına oturmalıdır:

"Rusiya son günlər Ukraynanın müqavimətini qırmağı hədəfləyir. Biz yenidən dünya müharibəsi istəmirik. Fransa müharibəyə qatılmadan Ukraynanı dəstəkləyir. Rusiya-Ukrayna müharibəsi başlayandan Ukraynaya 18 Sezar haubitsa göndərmişik və əlavə 6 dənə də göndərmək üçün çalışırıq. Yaxın həftələrdə Ukraynaya radar və zenit raketləri də göndərəcəyik".

Fransanın müharibənin ilk günlərindən Rumıniyaya əsgər və hərbi texnika yerləşdirdiyini və Avropanın şərqindəki ölkələrdəki hərbi mövcudluğunu xatırladan Makron əlavə edib ki, ukraynalıların özlərini müdafiə edə bilmələri üçün kəşfiyyat məlumatı veririk, amma bu haqda danışmamaq yaxşı olardı:

"Fransa da Rusiya kimi nüvə silahına malikdir. Əslində Rusiya-Ukrayna arasında gedən proses “hibrid müharibə”dir.

Lazım olanda Putinlə danışacağam. Nə vaxtsa bütün tərəflər yenidən danışıqlar masasına oturmalı olacaq. Biz qışı bu müharibə kontekstində keçirməyə hazırlaşmalıyıq. Eyni zamanda Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda öz təsirini göstərir".


Müəllif: Nemət

Oxşar xəbərlər