13 Oktyabr 2022 20:13
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynaya qarşı nüvə silahı tətbiq etsə, Fransa ona qarşı nüvə silahından istifadə etməyəcək. Bu, Fransanın nüvə doktrinasının müddəalarına uyğun gəlmir”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Doktrinamız xalqımızın fundamental maraqlarına əsaslanır və bunlar çox aydın şəkildə müəyyən edilib. Bu, təmkin siyasətidir”, - prezident söyləyib.

Jurnalist bunun Parisin Moskvaya nüvə cavabı verməyəcəyi anlamına gəlib-gəlmədiyini soruşub, Makron cavab verib ki, bu aydındır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər