16 Oktyabr 2022 19:38
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə polis etiraz aksiyası keçirən insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Teleqraf.com xəbər verir ki, Parisdə yaşayış minimumunun səviyyəsinin qalxmasına qarşı yürüş keçirilib. Mitinq Millətlər Meydanında saat 17:00-da başlayıb. Bir neçə min insanın iştirak etdiyi aksiyada nümayişçilərin əsas tələblərinə maaşların və sosial müavinətlərin artırılması, elektrik enerjisinin qiymətinin dondurulması, izafi mənfəət vergisinin tətbiqi, ekoloji layihələrə investisiya qoyuluşu daxildir.

Sonradan aksiyaya “Qara blok”dan olan radikal gənclər də qoşulub. Onlar asayiş keşikçilərinin üzərinə şüşə və tüstü bombaları ataraq polisi təxribata çəkməyə başlayıblar. Buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər