Rusiya ordusu Dnepropetrovsk vilayətinə raket zərbələri endirib, Ukrayna qüvvələri üç raketi məhv edib, bir raket enerji infrastrukturu obyektinə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Reznıçenko deyib.
“Ruslar bütün gecəni raketlər, Qradlar və ağır artilleriya qurğuları ilə əraziyə hücum ediblər. Onların 3 raketi hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edilib. Bir raket enerji infrastrukturu obyektinə dəyib. Güclü yanğın var”,- deyə o bildirib.
Reznıçenko onu da qeyd edib ki, Nikopol rayonu rus qoşunları tərəfindən “Qradov” və ağır artilleriya atəşi ilə əhatə olunub.