18 Oktyabr 2022 08:42
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maykrosoft”un qurucusu və “Bill-Melinda Qeyts” Fondunun sahibi Bill Qeyts Əfqanıstanda uşaq iflici epidemiyası ilə mübarizə aparmaq üçün Talibanla danışıqlara “yaşıl işıq” yandırıb.

Teleqraf.com xəbər verir ki, amerikalı iş adamı bu barədə “Daily Telegraph” qəzetinə müsahibəsində danışıb.

“Düzünü desəm, bununla bağlı həssaslıq olub-olmadığını bilmirəm. Uşaq iflcsi xəstəliyi ilə bağlı kampaniyaya kömək etmək üçün hər şeyi edərdim. Bu, fondumuzun əsas prioritetidir”, - iş adamı vurğulayıb.

Qeyts fondun hazırda Qətərdə Taliban nümayəndələri ilə danışıqlar apardığını da açıqlayıb.

İş adamı dünya liderlərinin xəstəliklərin yaratdığı təhlükələri ciddiyə almadıqlarını iddia edib: “Dünya diqqəti yayındırır və pandemiyalara qarşı hazırlaşarkən gözlədiyim qədər çox enerji sərf olunmur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər