10 Dekabr 2014 10:21
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın baş naziri Narendra Modi "Time" jurnalının oxucuları tərəfindən "ilin adamı" seçilib.

Teleqraf.com Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçirilən sorğuda iştirak edən 5 milyon insanın 16 faizi Modini seçib. Lakin oxucuların səsverməsindən əlavə jurnalın redaktorları sabah öz seçdikləri insanı "ilin adamı" elan edəcəklər.

Səsvermənin sonrakı yerlərində ABŞ-ın Ferqyuson bölgəsində baş verən hadisələrin liderləri, Honq-Konqdakı mitinqlərin lideri Coşua Uonq, Pakistanın qadın hüquqları müdafiəçisi Malala Yusufzay və Qərbi Afrikada ebola xəstəliyini müalicə edən həkimlər qərarlaşıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 29-cu, Suriya prezidenti Bəşər Əsəd 26-cı, İŞID lideri Əbubəkir əl Bağdadi isə 43-cü sıradadır.

Xatırladaq ki, keçən il "Time" "ilin adamı" olaraq Roma Papası Françeskonu seçmişdi. Jurnalın 1927-ci ildən bəri hər il seçdiyi "ilin adamı" adına indiyə kimi Hindistan lideri Mahatma Qandi, inqilabçı Martin Lüter Kinq, ABŞ prezidenti Barak Obama və Rusiya dövlət başçısı Putin kimi siyasətçilər layiq görülüb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər