21 Oktyabr 2022 08:18
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder İlon Mask İran Rabitə Nazirliyinin ölkədə interneti kəsməsinə sarkazmla cavab verib.

Teleqraf.com “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, İlon Mask “Twitter” hesabında İranın Rabitə Nazirliyi ilə bağlı paylaşım edib:

“Son günlər eşidirəm ki, İranın rabitə naziri İsa Zarepur var gücü ilə İran xalqını “Starlink”in daimi abunəçisi olmağa məcbur edir. Gözəl xəbərdir. Mən mümkün olduqca tez bir zamanda onu “Starlink”in marketinq departamentinə baş direktor vəzifəsinə işə götürəcəm. Afərin sənə, İsa! Beləcə davam et!”.


Müəllif: Teleqraf.com