25 Oktyabr 2022 09:44
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda məhkəmə keçmiş baş nazir İmran Xanın gələcək seçkilərdə iştirakına heç bir maneə olmadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İslamabad Ali Məhkəməsində Xanın Seçki Komissiyasının ona siyasətlə məşğul olmaq qadağası ilə bağlı şikayəti ilə əlaqədar iclas keçirilib.

Sabiq baş nazirin vəkili Əli Zəfər məhkəmədən Seçki Komissiyasının qərarının icrasının dayandırılmasını istəyib.

Ali Məhkəmənin sədri Əthar Minallah bu tələbi rədd edərək, Seçki Komissiyasının təfərrüatlı qərarının onlara çatmadığını bildirib.

Minallah onu da qeyd edib ki, Xan seçkilərdə iştirak edə bilər və buna heç bir maneə yoxdur.

Məhkəmə iclası gələn həftəyə təxirə salıb.

Pakistan Seçki Komissiyası oktyabrın 21-də keçmiş baş nazir İmran Xanın baş nazir olduğu müddətdə aldığı hədiyyələrin təfərrüatlarını açıqlamadığı üçün siyasətlə məşğul olmasına qadağa qoyub. Pakistanın ədliyyə və hüquq naziri Əzam Nazir Tərar Xanın 5 il müddətinə siyasətdən uzaqlaşdırıldığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər