ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri və Türkiyə əleyhinə tez-tez açıqlamaları ilə tanınan amerikalı senator Bob Menendezin federal istintaq altında olduğu açıqlanıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın ABC News telekanalının mövzu ilə bağlı mənbələrdən aldığı məlumata əsasən, Nyu Yorkdakı Manhetten prokurorluğunda araşdırma aparılır.
Senatorun müşaviri iddiaları təsdiqləsə də, onun mahiyyəti ilə bağlı dəqiq məlumat paylaşılmayıb.
Manhetten federal prokurorlarının yaxın günlərdə araşdırmanın nəticəsini açıqlayacağı gözlənilir.
Menendezin müşaviri Mixael Soliman: “Senator Menendez bu gün açıqlanan araşdırmadan xəbərdardır, lakin istintaqın əhatə dairəsini bilmir. Həmişə olduğu kimi, hər hansı rəsmi sorğu aparılarsa, senator ondan və ya ofisindən tələb olunan sənədləri təqdim edəcək”.
Menendez daha əvvəl ABŞ Senatında verdiyi açıqlamada F-16-ların Türkiyəyə satışının şərtlər əsasında satılmalı olduğunu bildirib.