29 Oktyabr 2022 17:28
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xerson vilayətinin azad edilməsi əməliyyatı noyabrın sonunadək davam edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.

Kəşfiyyat rəisinin sözlərinə görə, ən hazırlıqlı və döyüş qabiliyyətinə malik rus bölmələri hazırda Xersondadır:

“Bunların böyük bir hissəsini Rusiyanın hava-desant qoşunları, xüsusi təyinatlıları və dəniz piyadaları, yəni Rusiyanın ən peşəkar döyüş qabiliyyətinə malik bölmələri təşkil edir.

Bu birliklər bölmənin onurğa sütununu təşkil edir ki, bu da səfərbər edilmiş heyətlə gücləndirilir”.

Budanov bildirib ki, Rusiyanın Xersonda təxminən 40 minlik canlı qüvvəsi var.

İşğalçı qoşunların Xersonda mühasirəyə alınması ehtimalını şərh edən Budanov bildirib ki, Ukrayna Silahlı Qüvvələri məhz bunu etməyə çalışır:

”Amma onlar müqavimət göstərirlər, irəliləyişimizin qarşısını almağa çalışırlar. Döyüşlər hər gün gedir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər