31 Oktyabr 2022 23:13
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada hakimiyyəti İrana qarşı sanksiya siyahısına daha dörd şəxs və iki təşkilat əlavə edib.

Teleqraf.com xəbər verir ki, müvafiq sənəd Kanada Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Kanadanın yeni məhdudiyyətləri Əl-Mustafa Beynəlxalq Universitetinə təsir edəcək.

Bundan əvvəl Ottava İrandakı etirazlar fonunda onlarla fiziki və hüquqi şəxsi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərini iqtisadi sanksiyalar siyahısına salıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər