4 Noyabr 2022 17:40
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus qoşunlarını Ukraynaya göndərmək fikrində deyiləm”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

“Bu gün onlar qışqırırlar: “Lukaşenko öz hərbçilərini Ukraynaya göndərmək istəyir!” Mən artıq min iki yüz dəfə demişəm ki, mənim belə planlarım yoxdur”, - Belarus lideri deyib.

Lukaşenka qeyd edib ki, əslində qaçaq müxalifətçilər belarusları ölümə göndərir, Kiyev rejiminin tərəfində döyüşməyə çağırırlar: “Bunlar da kiminsə övladlarıdır. Amma şikayət edən yoxdur. Mən səni ora prezident kimi göndərməmişəm. Ukraynada bizim işimiz yoxdur. Bizə ora döyüşmək üçün adam göndərmək lazım deyil. Mən niyə bunda ittiham olunuram? Çünki özləri ora adam göndərirlər”.


Müəllif: Nemət

Oxşar xəbərlər