“Dünən İstanbulda baş verən terror aktının arxasında ABŞ var”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Ekspert dünən İstanbulda baş verən terror aktının arxasında duranların Türkiyə ilə bağlı hədəflərinə diqqət çəkib:
“Çox güman ki, İstanbuldakı terakt ABŞ-ın Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq cəhdinin bir hissəsidir. Baş verənlərin məntiqi ardıcıllığı da bunu deməyə əsas verir.
2023-cü ilin iyununda Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Ölkə Ərdoğan tərəfdarı olan mötədil islamçılarla qərbyönlü kamalistlər arasında ciddi şəkildə yarıya bölünüb.
Kürdlərin səsləri həlledici rol oynaya bilər.
İndi də ABŞ Ərdoğanı terror hücumları ilə təhrik etmək istəyir ki, Türkiyə daxilində kürdlərə qarşı savaş başlatsın və bununla da bütün kürdləri Ərdoğana düşmən etsin. Bununla bütün kürdləri Ərdoğanın əleyhinə səs verməyə təşviq etməyə çalışırlar.
Digər yandan, silsilə terror aktları sadə əhaliyə göstərməlidir ki, Ərdoğan ölkədə təhlükəsizliyi təmin etmək iqtidarında deyil”.
Markov hesab edir ki, terakt bu səbəblərdən ABŞ tərəfindən törədilib.