"Google" texnologiya şirkəti istifadəçilərin yerini qeyri-qanuni izlədiyinə görə ABŞ-a 391,5 milyon dollar ödəməli olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Miçiqan Baş Prokurorluğunun saytında bildirilib.
Miçiqan və digər 39 ştat prokurorları bununla bağlı "Google" şirkəti ilə məhkəməyə qədər razılaşma əldə edib.