Polşanın Ukrayna ilə sərhədində yerləşən kəndinə raket düşməsi nəticəsində iki nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, Polşa ərazisinə düşən raketin Rusiyaya məxsus olduğu iddia edilib.
Rusiya Müdafiə Nazirliyinin ABŞ və Avropanı hərəkətə gətirən gəlişmə ilə bağlı bağlı verdiyi açıqlamada bu barədə deyilənləri “məqsədyönlü təxribat” adlandırıb: “Bu olayın Rusiya ilə heç bir əlaqəsi yoxdur”.
Hadisə gündəmdəki qaynarlığını qoruyarkən, Rusiya dövlətinin media orqanı “Russia Today”in (RT) erməni baş redaktoru Marqarita Simonyandan diqqətçəkən açıqlama gəlib.
“Əgər bu məqsədyönlü təxribat deyilsə, yaxşı xəbər budur: bir NATO ölkəsi o qədər pis qorunur ki, kimsə təsadüfən onu hər hansı bir şeylə döyə bilər və NATO kimin nə ilə və niyə döydüyüldüyünü belə bilmir”, - Simonyan bildirib.
Erməni jurnalist sözünə davam edərək, 1962-ci il Kuba raket böhranına toxunub: “Axşamınız xeyir, 1962”.
Simonyanın Polşa və NATO-nu ələ saldığı açıqlaması ABŞ Prezidenti Co Baydenin son bir neçə gündə verdiyi açıqlamanı xatırladıb. ABŞ prezidenti bildirib ki, dünyada nüvə müharibəsi riski 1962-ci ildə Kuba raket böhranından sonra ilk dəfə bu qədər artıb.
1962-ci ildə baş vermiş böhran zamanı ABŞ-ın o zamankı prezidenti Con Kennedi və SSRİ lideri Nikita Xruşşov Kubadakı sovet raketləri səbəbindən dünyanı nüvə müharibəsinin astanasına gətirmişdilər. İki fövqəldövlət bir-birinin sərhədlərinə nüvə başlıqlı raketlər yerləşdirməklə bir-birini açıq şəkildə hədələmişdi.