17 Noyabr 2022 16:50
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Adi bir atəşkəslə heç nə həll edilə bilməz. Min kilometrdən çox cəbhədə davamlı döyüşlər gedir və Rusiya hər gün Ukraynanın mülki və kritik infrastrukturuna hücumlar həyata keçirir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu, qlobal miqyasda nə deməkdir? İnsan kapitalının inkişafına trilyonlarla dollar sərmayə qoymaq əvəzinə, dünya yenidən silahlanmaya artıq planlaşdırılanlara əlavə olaraq çox böyük pullar xərcləyəcək. Siz görəcəksiniz”, - Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda bütün dünya Ukraynanın özünü necə müdafiə etdiyini, hansı taktikanın işlədiyini, hansı müdafiə sistemlərinin maksimum nəticə verdiyini diqqətlə izləyir.

“Düzünü desəm, indi bizim kimi intensiv təcavüzə qarşı özünü müdafiə edə bilən ölkələr azdır. Bunun üçün o qədər də çox mərmi və silahımız da yoxdur. Amma hələ də dünyada potensial təcavüzkarlar və yenidən alovlana biləcək dondurulmuş münaqişələr var. Beləliklə təhlükəsizlik bağlı ciddi problem var. Çünki Rusiya bu müharibədə nə qədər çox terror formalarından istifadə edərsə, dünya bizim aldığımız zərbələrin potensial təkrarlanmasına qarşı silah və müdafiəyə bir o qədər çox pul xərcləyəcək”, - dövlət başçısı hesab edir.

Zelenski vurğulayıb ki, cəmi bir neçə həftə ərzində on milyonlarla insan üçün aclıq təhlükəsi tamamilə süni şəkildə yaradılıb - quraqlıq və ya iqtisadi böhrana görə deyil, Ukrayna limanlarının hərbi blokadasına görə.

Onun fikrincə, bu və ya digər ölkələrdə ərzaq qiymətlərinin yüksək olması və ya aclıq səbəbindən baş verən hər hansı yeni fəlakət qlobal inkişaf üçün mənfi tendensiya yarada bilər:

“Ona görə də Ukraynanın təklif etdiyi sülh formulu təkcə bizim üçün yox, bütün dünya üçün sülh formuludur. Təhdid mürəkkəb olduqda, cavab kompleks olmalıdır. Sadəcə atəşi dayandırmaqla heç nə həll edilə bilməz. Bu bizim formulamızdır. Sülhü bərpa etmək lazımdır - etibarlı, uzunmüddətli. Siz sadəcə Rusiyanın təhrik etdiyi böhranları yumşaltmaqla sabitliyi bərpa edə bilməyəcəksiniz. Hər bir təhlükə tamamilə aradan qaldırılmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər