ABŞ prezidentinin nəvəsi Naomi Kinq Bayden şənbə günü ailə qurub, nikah mərasimi Ağ Evdə baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden və onun həyat yoldaşı deyib.
Məlumata əsasən, Naominin əri Peter Neal oldu. Ağ Evdə keçirilən mərasimə 250-yə yaxın qonaq qatılıb. Sonra Amerika liderinin iqamətgahında bayram naharı verilib.
28 yaşlı Naomi ABŞ prezidentinin oğlu Hanter Baydenin böyük qızıdır.