21 Noyabr 2022 12:02
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyev rejimi əsir götürülən rus əsgərlərinin güllələnməsi kimi vəhşiliklərə görə ən ağır cəzaya layiqdir, Vladimir Zelenski tribunalda mühakimə olunmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Hər kəs ukraynalı faşistlərin silahsız hərbçilərimizi güllələmələrinin sübutlarını gördü. Faşistlər belə edirlər. Kiyev rejimi öz vəhşiliklərinə görə ən ağır cəzaya layiqdir”, - spiker bildirib.

Volodinin fikrincə, Zelenski tribunalda mühakimə olunmalıdır:

“Kiyev rejimi ilə əməkdaşlıq edən ölkələr anlamalıdırlar ki, nasist dövlətini, əli dirsəyə qədər qan içində olan sadistləri dəstəkləyirlər”.

Bundan əvvəl Rusiya İstintaq Komitəsi Ukrayna ordusu tərəfindən əsir götürülmüş rus hərbçilərinin kütləvi şəkildə edam edilməsi faktı ilə bağlı cinayət işi açıb.

İşin başlanmasına əsas kimi Ukrayna hərbçilərinin Luqanskda əsir götürdükləri azı 11 silahsız rus əsgərini güllələdiyi video göstərilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər