21 Noyabr 2022 14:55
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi “Pəncə-Qılınc” hava əməliyyatının quru əməliyyatı ilə davam edib-etməyəcəyi dünyanı maraqlandırır. Digər tərəfdən Rusiyanın öz nəzarətində olan əraziləri Türkiyə Silahlı Qüvvələrinə açdığı iddiası da var.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunlarla bağlı suala cavab verib.

Türkiyə lideri jurnalistlərə açıqlamasında antiterror əməliyyatlarının davamlı olacağını deyib:

“Əvvəla onu deyim ki, İraq və Suriyanın şimalındakı bu əməliyyat təsadüfən, “kim nə deyər” düşüncəsi ilə keçirilməyib. Əvvəllər də dediyimiz kimi, əgər kimsə ölkəmizdə, torpaqlarımızda narahat yaratsa, bunun bədəlini ödədəcəyik.

Əslində güney sərhədlərimizdə çoxsaylı hücumlar planlaşdıran və ya belə hücumlar həyata keçirən, təhlükə yaradan terror təşkilatları var. İraq və Suriya ərazilərindədir. “Bir gecə qəfil gələ bilərik” deyəndə bunu boş yerə deməmişik. Bir sözlə, gözlənilən və planlaşdırılan saat gələn kimi bu addım atıldı. Əslində, ötən gecə həyata keçirilən əməliyyat da bunun təzahürüdür. Çünki bu terror təşkilatlarını zərərsizləşdirmək və məhv etmək hazırda təhlükəsizlik güclərimizin əsas missiyasıdır. Bunun təkcə hava əməliyyatları ilə məhdudlaşması müzakirə mövzusu deyil. Bura Quru Qoşunlarından nə qədər qüvvənin cəlb olunması ilə bağlı müvafiq qurumlarımızla, Müdafiə Nazirliyi və Baş Qərargahla birlikdə qərar verir, məsləhətləşir, sonra ona uyğun addımlarımızı atırıq.

Biz burada yer alan dövlətlərlə diplomatik əlaqələrimizi qurmuşuq və buna uyğun addımlar atmışıq və atırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər