22 Noyabr 2022 17:15
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məhsa Əmininin ölümündən sonra ölkə daxilində başlayan nümayişlərdə 2-si fransız casus olmaqla, 40 xarici ölkə vətəndaşı saxlanılıb”.

Teleqraf.com xəbər verir ki, bunu İran Ədliyyə Nazirliyinin sözçüsü Məsut Setayeşi deyib.

İran Ədliyyəsinin sözçüsü ölkə daxilində başlayan nümayişlərlə bağlı davam edən məhkəmə prosesi haqqında məlumat verib.

Nümayişlər zamanı ictimai təhlükəsizliyi pozmaq və milli təhlükəsizliyə qarşı cinayət törətmək səbəbi ilə 40 xarici ölkə vətəndaşının nəzarətə alındığını deyən Setayeşi əlavə edib ki, bu şəxslərin xalqı arasında məhkəmə prosesi davam edir.

Setayeşi Tehranda davam edən məhkəmə prosesi ilə bağlı verdiyi açıqlamada indiyə qədər 1118 nümayişçiyə qarşı ittihamnamələr hazırlandığını, ölkə daxilində 2432 nümayişçi haqqında isə qanuni tədbir görüldüyünü bildirib və əlavə edib: “Qəbul edilən qərarlara etiraz etmək üçün yol açıqdır. Bütün işlər diqqətlə araşdırılır. Məhkəmə sisteminin milli təhlükəsizliyi qorumaq üçün üzərinə düşəni edəcək. Terrorçuları harada olurlarsa-olsunlar cəzalandıracağıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər