26 Noyabr 2022 11:22
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk vilayətinin işğal olunmuş Mariupol şəhərində rus hərbçilərini daşıyan avtomobil partladılıb. Sükan arxasında olan yüksək rütbəli hərbçi həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petro Andryuşenko məlumat verib.

Onun sözlərinə görə, kamuflyaj edilmiş VAZ markalı avtomobil küçədə partladılıb.

Olay zamanı avtomobildə sürücü ilə yanaşı iki hərbçinin olduğu bildirilib. Sürücü hadisə yerində həyatını itirib, digər ikisi isə ağır yaralanıb.

Avtomobilin ukraynalı partizanlar tərəfindən partladıldığı güman edilir.


Müəllif: Mənsur Rəğbətoğlu