26 Noyabr 2022 12:44
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müttəfiqlərini səyləri qələbə və dövlətimizin ərazi bütövlüyünün bərpası məqsədinə yönəltməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Fransanın “Le Parisien” nəşrinə müsahibəsində deyib.

“Avropada bir neçə tanınmış general qəti şəkildə inanırdı ki, Rusiyanın Kiyevi işğal etməsi və fevralda Ukraynaya nəzarəti ələ keçirməsi üçün ən azı bir həftə vaxt lazımdır. Ona görə də bu gün belə pessimist proqnozlar eşidəndə hər kəsdən xahiş edirəm ki, enerjisini qələbəyə töhfə verməyə yönəltsin, mümkün uğursuzluqların səbəblərini axtarmasın”, - nazir bildirib.

Nazir vurğulayıb ki, Kiyev tərəfdaşlarını Ukrayna xalqının Rusiya təcavüzü və işğalına qarşı öz azadlığı uğrunda mübarizədə verdiyi bədələ hörmətlə yanaşmağa çağırır:

“Tərəfdaşlarımızın sədaqətini yüksək qiymətləndiririk, bu müharibədə ən yüksək bədəli ödəyən, həyatını itirən, torpaqlarında min bir əziyyətə qatlanan, azadlıqlarını müdafiə edən Ukraynadır. Bu yolda qurban olanlara hörmət edilməlidir. Kömək etmək istəyirsiniz? Kömək edin. Ancaq bizi məğlub olacağımıza inandırmağa çalışmayın. Tarixdə pessimistlərin müharibələrdə qalib gəldiyinə dair bir nümunə tanımıram”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər