“Altı aydan sonra müvəqqəti işğal olunmuş Krım artıq azad olunacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.
Onun iddiasına görə, altı ay sonra Ukrayna bir rus belə qalmayacaq.
“Altı aydan sonra Yaltanın sahilinə gedəcəm, orada mənim sevimli yerim var, sizə zəmanət verirəm ki, orada telefonu açacam və Krımın nə qədər azad olmasından danışacam. Sizin və bizim olanları oğurlayan bütün ruslar ordan gedəcək. Çünki rus dünyasının mahiyyəti qorxutmaq, soymaq, öldürmək, zorlamaq, oğurlamaq, talamaqdır”, - Podolyak bildirib.
Ukrayna rəsmisi əlavə edib ki, Krım hərbi yolla azad edilməlidir:
“Krım necə olur-olsun, hərbi yolla azad edilməlidir, ilk növbədə ona görə ki, bu qədər şiddətli müharibə işğal olunmuş bütün ərazilərin yalnız hərbi yolla azad edilməsini tələb edir. Təbii ki, bütün əraziləri azad edəcəyik, o cümlədən Krımı. Əks halda, revanşizm və yeni müharibə olacaq, Rusiya spekulyasiyaya yol verməyə davam edəcək”.