PKK/YPG terror təşkilatının İstanbuldakı teraktından sonra “Pəncə-Qılınc" hava əməliyyatına başlayan Türkiyə Silahlı Qüvvələrinin tezliklə Suriya və İraqın şimalında quru əməliyyatına başlayacağı bildirilir.
Teleqraf.com xəbər verir ki, İngiltərənin Röyter” xəbər agentliyinə danışan Türkiyə rəsmisi əməliyyat hazırlığının başa çatmaq üzrə olduğunu deyib.
“Türkiyə Silahlı Qüvvələrinin tam hazır olması üçün bir neçə gün kifayətdir. Əməliyyatın başlaması çox çəkməyəcək. Hamısı Prezident Ərdoğanın təlimatından asılıdır”, - Türkiyə rəsmisi bildirib.
Digər türk rəsmisi isə “Röyter”ə belə deyib:
“Bütün hazırlıqlar tamamlanıb. İndi yalnız siyasi qərar vermək qalır”.
Suriyanın Mənbiç, Ayn əl Ərəb (Kobani) və Təl Rıfat bölgələrinin quru əməliyyatlarına başlayacaq türk ordusunun hədəfləri arasında olduğu bildirilir.