1 Dekabr 2022 14:10
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna müxtəlif bəhanələrlə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Hüquq-mühafizə orqanları dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edir. Çox güman ki, Ukrayna hər hansı bir bəhanə ilə NATO-ya üzv ölkələrin qoşunlarını münaqişəyə cəlb etməyə çalışır. Bütün bunları bu yaxınlarda Polşa ərazisinə düşən raketlər də təsdiqləyir”, - Belarus lideri bildirib.

Eyni zamanda prezident qeyd edib ki, Belarus potensial rəqibini ölkəsinə qarşı hərbi güc tətbiq etməkdən çəkindirə bilir:

“İndiyədək potensial rəqibin Belarusa qarşı hərbi güc tətbiq etməsinin qarşısını ala bilmişik. Buna baxmayaraq, ölkəyə qarşı birbaşa təcavüzə hazırlıqdan xəbər verən əlamətləri daim izləmək, görmək və gözdən qaçırmamaq lazımdır”.

Lukaşenko iddia edir ki, kənarda yaşayan belaruslu müxaliflər ölkə ərazisində hakimiyyəti zorla ələ keçirməyə və terror aktları törətməyə yönəlik çağırışlarının sayını artırıblar:

“Bu qaçaqların bəziləri sadəcə xain deyil, kvadrat ekstremistlərdir. Onları başqa cür adlandıra bilmərəm. Onlar artıq açıq şəkildə, çəkinmədən ölkəmizin ərazisindəki hədəflərə zərbələr endirməyə çağırırlar. Hətta qohumlarının Belarusda yaşadıqlarını da unudublar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər