“Bunun Avropa iqtisadiyyatı üçün ağır nəticələri olacaq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin sədr müavini İvan Abramov Avropa İttifaqı və G7 ölkələrinin Rusiya neftinə yüksək qiymət tətbiq etmək qərarını şərh edərkən deyib.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ), G7 və Avstraliyanın Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollardan yuxarı qiymət tətbiq etmək qərarına reaksiya verib.
İvan Abramov bildirib ki, sözügedən qərarın icrası ilə bütün dünyada neftin qiyməti daha da artacaq:
“Belə bir qərarın nəticələri aydındır. Bu, inkişaf etmiş tədarük zəncirinin pisləşməsinə və dünya miqyasında yanacağın qiymətlərinin artmasına şok effekti yaradacaq. G7-nin Rusiya neftinə yüksək qiymət tətbiqi çox ciddi olacaq. Avropa xalqı və Avropa iqtisadiyyatı üçün mənfi nəticələr yaradacaq”.
Avropalıların bu qərarla qışı soyuqda keçirəcəklərini vurğulayan Abramov, Rusiyanın G7-nin təyin etdiyi qiymətə neft satmayacaqlarını və neft ticarəti etdikləri ölkələrlə ticarətlərini davam etdirəcəklərini bildirib:
“Təbii ki, biz neftimizi bu müəyyən olunmuş qiymətlərlə satmayacağıq. Neftimiz bizimlə qarşılıqlı faydalı şəkildə əməkdaşlıq etmək istəyən ölkələrə satılacaq”.