NATO üzvü olan Estoniya ABŞ-dan 200 milyon dollarlıq artilleriya raket sistemi alacağını açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, Estoniyanın müdafiə rəsmiləri bildiriblər ki, ABŞ-la sövdələşməyə 300 kilometr məsafəyə qədər dəqiq zərbə endirən HIMARS raketləri daxildir.
"Lockheed Martin Corporation" şirkəti ilk tədarükün 2024-cü ildə həyata keçiriləcəyini bildirib.
Müqavilənin ən böyük silah tədarükü layihəsi olduğunu qeyd edən rəsmilər sözügedən razılaşmanın Estoniyanın müdafiə qabiliyyətini artıracağını söyləyiblər.