4 Dekabr 2022 14:08
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Hayber-Paxtunxva əyalətində silahlı ekstremistlər polis əməkdaşlarının olduğu avtomobilə hücum ediblər.

Teleqraf.vom xəbər verir ki, bu barədə polis nümayəndəsinə istinadən "Dawn" qəzeti məlumat yayıb.

Silahlı hücum nəticəsində 3 polis əməkdaşı həlak olub.

Qeyd edilir ki, hücumdan sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

Müəllif: Teleqraf.com