Pakistanın Hayber Paxtunxva əyalətində terrorçuların hücumu nəticəsində üç polis əməkdaşı qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə polisin məlumatında bildirilib.
Məlumata görə, əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.
Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” (Pakistan Taliban Hərəkatı) öz üzərinə götürüb.