5 Dekabr 2022 08:00
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya polisi Katsina ştatında məsciddən oğurlanan 19 girovdan 6-nı azad edə bilib.

Teleqraf.com-un məlumatına görə, cinayətkarlar Mayqamcı kəndindəki məscidə hücum ediblər, orada atışma nəticəsində iki nəfər yaralanıb, 19 girov götürülüb. Şənbə günü axşam saatlarında iki nəfər polis tərəfindən xilas edilib, daha dörd nəfər isə bazar günü azad olunub.

Qalan girovların axtarışı davam etdirilir.


Müəllif: Teleqraf.com