Ukraynada uşaqla yataqda yarıçılpaq görüntülənən Pravoslav Kilsəsinin keşişi Arximed Nikita ukraynalı agentlərin onu soyunduraraq şəklini çəkdiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, o Ukraynanın rus keşişlərini hədəf aldığını, çünki kilsənin Rusiyanı müharibədə dəstəklədiyini iddia edib.
Hazırda rus keşişinin uşaqla yataqda cinsi əlaqədə olduğu iddiası mübahisələrə səbəb olub. Pravoslav Kilsəsinin keşişi Arximed Nikita gənc oğlanla yataqda görünəndən və kompüterində uşaq pornoqrafiyasının videosu ortaya çıxandan sonra özünü maraqlı sözlərlə müdafiə edib.
Sosial şəbəkədə yerləşdirdiyi videoda keşiş ukraynalı agentlərin onu qarət etdiklərini və şəkillərini çəkdiyini iddia edib.
Qeyd edək ki, Ukrayna məxfi xidməti reyddən görüntüləri yayıb. Kilsənin müharibədə Rusiyaya dəstək verdiyi üçün Ukraynanın rus keşişlərini hədəfə aldığını iddia edən Arximed Nikita, yataqda kiçik bir uşaqla ələ keçirilməsini hazırlanmış ssenarib adlandırıb.
Ukrayna məxfi xidmətinin Rusiya tərəfdarı olmaqda günahlandırdığı Rus kilsəsinə basqın etdiyi bildirilərkən, keşiş Nikita “Bizi oyandırıb soydular və hamımızın şəklini çəkdilər” deyib.
Keşiş iddia edib ki, onları öldürməklə hədələyən agentlər rus keşişlərini kiçik oğlanla yataqda fotolarını çəkərək onları aşağılamağa çalışıblar.