NATO-ya üzvlük üçün Türkiyənin dəstəyini almağa çalışan Finlandiya ölkədə fəallıq göstərən PKK/YPG terror təşkilatına qarşı tədbirlər görməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, polis Finlandiyanın paytaxtı Helsinkidə keçirilən yürüşdə polis PKK “bayrağının” qaldırılmasına icazə verməyib.
Ötən gün Helsinkidə “anti-nasist yürüşü” keçirilib. Polis yürüşdə YPG/PKK terror təşkilatına dəstəyi əks etdirən pankart və “bayraqlar”ın qaldırılmasının qarşısını alıb.
Rusiya-Ukrayna müharibəsindən sonra Finlandiya və İsveç may ayında NATO-ya üzvlük üçün müraciət edib. Proses alyansın 30 üzvünün hamısının təsdiqini tələb edir. Türkiyədən başqa Macarıstan da hələ lazım olan sənədi təsdiqləməyib. Ankara ekstradisiyası tələb olunan şübhəlilərlə bağlı hər iki ölkədən lazımi addımların atılmasını tələb edir.