12 Dekabr 2022 10:23
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri əlverişli hava şəraiti olanda əks-hücum əməliyyatlarını davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, quraq payızdan hələ şaxtalı olmayan qışa keçid zamanı hücumlar üçün çox çətin şərait müşahidə olunub:

“Çünki yer nəmdir və təkərli maşınlar çətinliklə keçə bilir. Hesab edirəm ki, aktivliyin azalması hava şəraiti ilə bağlıdır. Amma Ukrayna Silahlı Qüvvələri dayanmağı düşünmür. Ona görə də yerin sərtləşdiyi andan istifadə edərək əks-hücumlarımızı, ərazilərimizi azad etmək kampaniyasını davam etdirəcəyimizə əminik”.

Nazir əlavə edib ki, Ukraynanın məqsədləri dəyişməyib: “1991-ci ilə qədər dövlətin müvəqqəti işğal etdiyi bütün əraziləri azad etmək lazımdır”.


Müəllif: Nemət