Avropa İttifaqı (Aİ) Polis Təşkilatının (Avropol) koordinasiyası ilə Avropa Baş Prokurorluğu (EPPO) tərəfindən 14 ölkədə eyni vaxtda həyata keçirilən əməliyyatlarda təxminən 2,2 milyard avro vergidən yayınan 24 nəfərin saxlanıldığı bildirilib.
Teleqraf.com xəbər verir ki, Portuqaliya mənşəli bir şirkətə və onunla əlaqəli Avropada şirkətlərə qarşı həyata keçirilən əməliyyat bu günə qədər həyata keçirilən ən geniş vergidən yayınma ilə bağlı addımdır.
Qeyd olunur ki, 2021-ci ilin aprel ayında Portuqaliyada yerləşən bir elektronika şirkətinin fəaliyyətini yoxlayan təhlükəsizlik bölmələri sözügedən şirkətlə əlaqəli 30 ölkədə 9 min şirkət və 600 nəfərin kommersiya fəaliyyətini araşdırıb.
EPPO-nun noyabrın 29-da 14 AB ölkəsindəki təhlükəsizlik bölmələrinə rəhbərlik etməklə başladığı və eyni vaxtda əməliyyatların Portuqaliyadakı şirkətlərə və vergidən yayınan, planşet, telefon, kompüter kimi elektron cihazları satan şirkətlərə qarşı yönəldiyi ifadə edilib.
Əməliyyatlar çərçivəsində 312 evdə axtarış aparılıb, Portuqaliya, İtaliya və Fransada ümumilikdə 24 nəfər saxlanılıb.
Nəticədə 529 bank hesabı dondurulub, 81 daşınmaz əmlak, 31 dəbdəbəli avtomobil, 2,5 milyon avro nağd pul, 1 Kalaşnikov avtomatı və ümumilikdə 67 milyon avro dəyərində elektron cihaz müsadirə edilib.
Lüksemburqda yerləşən EPPO xərclər və gəlir fırıldaqçılığı, iki və ya daha çox üzv dövlətin iştirak etdiyi ən azı 10 milyon avro dəyərində ƏDV ilə bağlı fırıldaqçılıq, Aİ büdcəsindən saxta aktivlərin yuyulması, Aİ-nin maliyyə maraqlarına təsir edən korrupsiya və sui-istifadə hallarını araşdırır.