Livan ordusunun baş qərargah rəisi general Jozef Aun Suriya sərhədində təhlükəsizliyi müzakirə etmək üçün Quru Sərhədlərinin Mühafizəsi Komitəsi ilə görüş keçirib.
Teleqraf.com xəbər verir ki, görüşdə İngiltərə, ABŞ və Kanadanın Beyrutdakı səfirləri Hamiş Koell, Doroti Şi və Stefani Makkollum da iştirak ediblər.
Görüşdən sonra İngiltərə səfirliyindən verilən açıqlamada baş qərargah rəisi ilə imzalanan anlaşma 2022-ci ildən 2025-ci ilə qədər Livan ordusuna dəstək üçün 13 milyon funt-sterlinqin ayrılması öhdəliyi götürüldüyü bildirilib. Açıqlamada qeyd olunub ki, birgə sərhəd layihəsi Livanı Suriya quru sərhədi boyunca gücləndirəcək.
Birgə layihə Livanda “Hizbullah” terror təşkilatına dəstək verən İrana qarşı həmlə hesab olunur. Eyni zamanda, “Hizbullah”ın Livandan İsrailə yönəlik hərbi addımlarının əngəllənməsinə yönəlik olduğu bildirilir.