21 Dekabr 2022 16:14
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və Rusiya donanmaları Sakit okeanda, Şərqi Çin dənizi sahillərində bu gündən etibarən 7 gün davam edəcək birgə hərbi təlimə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində illik “Birgə Dəniz 2022” təliminin Kuçan və Toyko şəhərləri arasındakı sahil xəttində keçiriləcəyi bildirilib.

Təlim tərəflərin dəniz təhlükəsizliyi təhdidlərinə qarşı birgə hərəkət etmək bacarıqlarını gücləndirmək və qətiyyətini nümayiş etdirməkdir.

İki ölkənin beynəlxalq və regional sülh və sabitliyin qorunmasına töhfə verməyi hədəflədiyi vurğulanaraq, məqsədin yeni dövrdə Çin və Rusiya arasında hərtərəfli strateji koordinasiya tərəfdaşlığını dərinləşdirmək olduğu da bildirilib.

Rusiya Müdafiə Nazirliyi də təlimin əsas məqsədinin iki ölkə arasında dəniz əməkdaşlığını inkişaf etdirmək, Asiya-Sakit okean regionunda sülh və sabitliyi təmin etmək olduğunu bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər