Hakim Ədalət və İnkişaf Partiyası (AKP) gələn ilin iyununda Türkiyədə keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin təqvimini dəqiqləşdirmək üçün işləri sürətləndirib.
Teleqraf.com xəbər verir ki, AKP-nin Mərkəzi İcra Şurasının ötən gün keçirilən iclasında seçkilərə hazırlıqla bağlı ətraflı müzakirə aparılıb.
30 aprel, 14 may və 18 iyun tarixlərinin müzakirə edildiyi iclasda bütün imkanlar dəyərləndirilərək təqvim layihəsi müəyyən edilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq quruma mövzu ilə bağlı ətraflı araşdırma aparılması göstərişi verdiyi məlum olub. Xüsusilə seçkilərin ikinci tura qalma ehtimalına qarşı 30 aprel tarixi üzərində qiymətləndirmələr aparılıb.