26 Dekabr 2022 11:42
1 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsinin gərginləşdiyi bir vaxtda rusiyalı siyasi şərhçi və tarixçi Valeri Soloveydən diqqətçəkən bir iddia gəlib.

Teleqraf.com xəbər verir ki, son zamanlar Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı müxtəlif açıqlamalar verilir.

Rusiyalı politoloq və tarixçi Valeri Solovey Putinin səhhətinin kritik olduğunu iddia edib.

2023-cü ilin Putinin vəzifədə qalacağı son il ola biləcəyini ifadə edən Solovey deyib: “Putin müharibəni davam etdirmək üçün Qərbin xərçəng dərmanları və müalicələri ilə həyatda qalır. Amma heç bir dərman sonsuza qədər uğur gətirməyəcək”.

Rusiyalı ekspert Putinin xərçəng xəstəliyindən müalicə olunduğunu iddia edərək dövlət başçısının ən qabaqcıl müalicə üsullarından istifadə etdiyini və Rusiyanın bu müalicə üsullarını təmin edə bilməyəcəyini bildirir: “Bu müalicə üsulları çox uğurlu olub”.

Solovey Putini əvəzləyəcək adları da müəyyənləşdirdiyini iddia edib. Onun iddiasına görə, Putinin varisi kimi seçməyi planlaşdırdığı şəxslərdən biri də kənd təsərrüfatı naziri vəzifəsini icra edən 45 yaşlı Dmitri Patruşevdir. Rusiya kəşfiyyat idarəsinin keçmiş rəhbəri Nikolay Patruşevin oğlu, həm də anti-qərbçiliyi ilə tanınan Dmitri Patruşevin ictimaiyyət tərəfindən o qədər də tanınmadığı vurğulanıb.

Moskvanın nüfuzlu qurumlarından biri olan Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş professoru Solovey bildirib ki, digər namizəd 50 yaşlı Aleksey Dyumindir. Putinin keçmiş cangüdəni olan Dyumin daha sonra müdafiə nazirinin müavini postunu tutub. Hazırda Dyumin Tula vilayətinin qubernatoru vəzifəsini tutur.


Müəllif: Nemət

Oxşar xəbərlər