Çin iqtisadi çətinliklərin aradan qaldırılmasında Rusiyaya yardım göstərməyə hazırdır.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van İ məlumat verib. Onun sözlərinə görə, Rusiya lazimi bütün yardımlarla təmin olunacaq.
Van İ həmçinin qeyd edib ki, Rusiyanın mövcud çətinlikləri aradan qaldırmaq üçün mümkün gücü var:
“Çin və Rusiya daima bir-birini dəstəkləyir və kömək edirlər. Lazım gəldikdə hazırki vəziyyətdən çıxmaq üçün Rusiyaya mümkün yardımları edəcəyik”.
Samir