31 Dekabr 2022 19:00
1 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ankara Türkiyə, Suriya və Rusiya müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin Moskvada keçirilən görüşündən sonra qoşunlarını Suriya ərazisindən çıxarmağa razılaşıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın “Əl-Vətən” qəzeti yazır.

Rəsmi mənbələrə istinad etdiyini bildirən qəzet vurğulayır ki, görüşün nəticələrindən biri də Türkiyənin Suriyanın şimalındakı qüvvələrini geri çəkməsi ilə bağlı razılıq olub.

Qəzet PKK/YPG terror təşkilatının Türkiyə ilə yanaşı, Suriya üçün də təhlükə yaratması fikri və onun ABŞ-ın əlində bu ölkələrə qarşı istifadə edilən alət olması ilə bağlı da razılaşma əldə edildiyini qeyd edib.

Həmçinin xəbərdə bildirilib ki, M4 avtomobil yolunun açılması ilə bağlı 2020-ci ildə imzalanmış anlaşmanın icrası razılaşdırılıb.

Türkiyə müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakdan Fidan dekabrın 29-da Moskvada Rusiya və Suriyadan olan həmkarları ilə görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər