23 Dekabr 2014 07:20
1 589
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD Suriya İraqda nəzarət etdiyi ərazilərdə alman jurnalist Jurgen Todenhoferin araşdırma aparmasına icazə verib. Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, 74 yaşlı jurnalist Türkiyə vasitəsi ilə Mosula gedib İŞİD-lə apardığı gərgin müzakirələrdən sonra terrorçuların əlində olan ərazilərdən reportaj hazırlayıb. Alman jurnalistin İŞİD yaraqlıları ilə 10 gün bir yerdə olduğu bildirilir.
Vətəninə qayıdan jurnalist İŞİD-lə bağlı təəssüratlarını Almaniya mediası bölüşüb. O bildirib ki, bu terrorçu qruplaşma zənn edildiyindən də güclüdür: “İŞİD-i idarə edənlərdən biri dedi ki, bir gün bütün Avropanı ələ keçirəcəklər”,-deyə o qeyd edib.
Reportyorun sözlərinə görə İŞİD onu, avqust ayında başını kəsdiyi amerikalı jurnalist Ceyms Folleyin Benqazidə qaldığı oteldə yerləşdirib.
“Mən qorxurdum ki, sonum onun kimi olar. Hər gün yüzlərlə döyüşçü İŞİD-ə qoşulur. Mən isə bunu anlamaqda çətinlik çəkirəm. İŞİD-in sosial yardım xidməti və təhsil sistemi də var. Bu təşkilatın qız uşaqlarına təlim keçmək üçün planlarının olması isə məni təəccübləndirdi”,-deyə söyləyib.
Bu vaxta qədər daha çox ekstremal şəraitdə jurnalist fəaliyyəti göstərən təcrübəli repotyor bildirib ki, İŞİD-d gördüklərini daha əvvəl heç bir münaqişə bölgəsində görməyib.
Koalisiya qüvvələrinin İŞİD-ə qarşı apardığı hava əməliyyatlarını da effektiv olmadığını vurğulayan Jurgen Todenhofer bildirib ki, aviazərbələr zamanı daha çox sivil insanlar ölür və bu terrorçuların sayının artmasına gətirib çıxarır.
“İŞİD təkcə terror təşkilatı deyil, həm də sanki bir dövlət modelidir. ABŞ isə İraqdakı İŞİD terrorçularını vurmaq istəsə, gərək bütün Mosulu yerlə yeksan etsin”- deyə, jurnalist qeyd edib.


Müəllif:

Oxşar xəbərlər