19 Yanvar 2023 00:08
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin üzvləri Almaniya kansleri Olaf Şolzu Ukraynaya dərhal “Leopard 2” tankları və hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə bu gün təsdiqlənmiş Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinə dair 2022-ci il üzrə illik hesabatda bildirilib.

Sənəddə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etdiyi və müharibədə qalib gəlmək üçün hərbi yardıma və ağır silahlara təcili ehtiyac duyduğu vurğulanıb.

"Aİ və üzv ölkələr Ukraynaya hərbi, siyasi və humanitar yardımı artırmalı və Avropa təhlükəsizliyinin Rusiya təhdidlərindən müdafiəsini gücləndirməlidir", - deyə sənəddə vurğulanıb.


Müəllif: Teleqraf.com