24 Dekabr 2014 13:38
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası NATO-ya üzv olmaq yolunda növbəti addım atıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ukrayna konstitusiyasındakı hərbi bloklara qoşulmamaq maddəsi ləqv edilib. Bu addım prezident Petro Poroşenkonun Ukraynanın ərazi bütövlüyü və suverenliyini qorumaq üçün hərbi ittifaqa üzv olmasının vacibliyini bildirməsindən sonra atılıb.

Qərarın Poroşenko tərəfindən təsdiqlənməsindən sonra referendumun keçiriləcəyi gözlənilir.

Bu arada məsələ ilə bağlı açıqlama verən Sergey Lavrov atılan addımın Ukraynadakı daxili münaqişənin həllinə xidmət etmədiyini deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər