24 Yanvar 2023 16:20
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa Parlamentində “İslam İnqilab Keşikçiləri Korpusu”nun (SEPAH) terror təşkilatları siyahısına salınmasını tələb edən qanun layihəsinin nəticələrinin Avropaya baha başa gələcəyini iddia edib.

Teleqraf.com xəbər verir ki, Abdullahiyan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclasında çıxış edib.

Nazir AP-də qəbul edilən qanun layihəsinə reaksiya verib:

“Əlbəttə, bu cür emosional hərəkətlərin nəticələri Avropaya baha başa gələcək. Düzgün yol diplomatiyaya, konstruktiv qarşılıqlı fəaliyyətə və rasionallığa diqqət yetirməkdir”.

Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quranın yandırılmasına ölkəsinin reaksiyasını açıqlayan Abdullahiyan bunu pislədiklərini bildirib: “İfadə azadlığı adı altında dinlərin müqəddəsliyini hədəf alan bu hərəkətləri Qərb dövlətlərinin dəstəkləməsi qəbuledilməzdir”.


Müəllif: Mənsur Rəğbətoğlu